Kərim Ataşovdan, Abşeron, Azərbaycan
27 fevral 2024, 18:18
Hörmətli cənab Prezident,
2024-cü il fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkilərində xalqımız Vətən müharibəsində bizə qələbə qazandıran Liderə, müzəffər Ali Baş Komandana səs verdi.
Mən qalib xalqın qalib vətəndaşı kimi bütöv Azərbaycanda keçirilən səsverməyə məğrurluq və iftixar hissi ilə getdim. Bu hissi bizə yaşatdığınız üçün Sizə təşəkkür edirəm.
Həyata keçirdiyiniz uzaqgörən, düşünülmüş siyasətinizi dəstəklədiyimizi, bundan sonra da hər zaman Sizin ətrafınızda olacağımızı bildiririk.
Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edir, Azərbaycanımıza və Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Ataşov Kərim, Vətən müharibəsinin şəhidi Asif Ataşovun atası
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri