Hacıağa Mirzəyev və başqalarından, Salyan, Azərbaycan
Cənab Prezident, 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident sekilərində qalib gələrək yenidən Prezident seçilməyiniz münasibəti ilə Sizi Salyan rayonu Parça Xələc və Seyidan kənd sakinləri adından təbrik edirik.
Sizin qələbəniz xalqın qələbəsidir. Ona görə də yenidən Prezident seçilməyinizə hər bir vətənpərvər azərbaycanlı qəlbən sevindi. Sizi seçməklə xalqımız növbəti böyük uğurlarının təməlini qoydu.
Sizə bu çətin və şərəfli işdə uğurlar arzulayırıq.
Hörmətlə,
Mirzəyev Hacıağa Mirzəhəsən oğlu - şəhid atası,
Mirzəyeva Cəmilə Əbdulhəsən qızı - şəhid anası,
Hüseynov Rabil Abasqulu oğlu - şəhid atası,
Qəhrəmanov Rəşid İmran oğlu - şəhid qardaşı,
Qəhrəmanov Eldəniz İmran oğlu - şəhid qardaşı,
Səmədov Əvəzağa Atabala oğlu - şəhid qardaşı,
Orucov Əlisahib Bibiqulu oğlu və başqaları (50 nəfər).
Azərbaycan Respublikası, Salyan rayonu.