logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova

Text size icon-size icon-size

25 oktyabr 2012, 18:00

Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da öz inkişafını müvəffəqiyyətlə ¬davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 oktyabr 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi