Nadir Musayevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi təbrik edirəm. Növbəti dəfə Prezident seçilməyiniz dövlətimizin müstəqilliyinin və beynəlxalq miqyasda nüfuzunun daha da möhkəmlənməsinə səbəb olacaq.
Hörmətli cənab Prezident, bu gün hər bir Azərbaycan vətəndaşı Sizinlə qürur duyur. Çünki Ulu Öndər Heydər Əliyevin başladığı dövlətçilik siyasətini Siz uğurla yerinə yetirirsiniz. Sizin dövlət başçılığınızla müstəqil ölkəmiz bütün sahələrdə böyük nailiyyətlər əldə edib. Bu nailiyyətlərin memarı Sizsiniz. Sizi bir daha təbrik edir, Sizə cansağlığı, uğurlar arzulayıram.
Hörmətlə,
Nadir Simran oğlu Musayev
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.