logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Lalə Kərimovadan, Qusar, Azərbaycan

Text size icon-size icon-size

27 fevral 2024, 14:29

Hörmətli cənab Prezident,

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu qələbə Sizin Vətən və xalq qarşısında göstərdiyiniz əvəzolunmaz xidmətlərə verilən qiymətdir.

Sizin ötən 20 ildən artıq müddətdə yorulmaz səylərinizlə ölkəmizə qazandırdığınız nailiyyətlər göz önündədir. Həyata keçirdiyiniz islahatların nəticələrini vətəndaşlar gündəlik həyatlarında hiss edirlər. Uzaqgörən siyasətinizin davam etməsi istəyi ilə Azərbaycan xalqı haqlı olaraq seçkilərdə yenidən Sizə etimad göstərdi. Biz Sizin müdrik qərarlarını, qətiyyətli addımlarınızı hər zaman dəstəkləmişik və bunda sonra da dəstəkləyəcəyik.

Sizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirik.

Qusar rayonu Heydər Əliyev Mərkəzinin əməkdaşları adından dərin hörmətlə,

Lalə Ənibala qızı Kərimova

Azərbaycan Respublikası, Qusar şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi