Sara Rüstəmovadan, Abşeron, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
27 fevral 2024, 13:10
Hörmətli cənab Prezident,
Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dövlətçilik tariximizin ən şanlı səhifələri yazıldı, xalqımızın sosial rifahı yaxşılaşdı, iqtisadi tərəqqiyə nail olduq. Düşünülmüş siyasətiniz, Ordumuzun döyüş əzmi, şəhidlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan tam azad edildi. Bu gün əzəli torpaqlarımızda müqəddəs Bayrağımız qürurla, vüqarla dalğalanır. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri xalqımızı sevindirir.
Gündən-günə güclənən, inkişaf edən Azərbaycanımızda yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edir və rəhbərliyiniz altında ölkəmizə növbəti nailiyyətlər, yeni uğurlar, qələbələr arzulayıram.
Hörmətlə,
Sara Bayram qızı Rüstəmova, Vətən müharibəsi şəhidi Elnur Rüstəmovun həyat yoldaşı.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.