Məhəmməd Xəlilovdan, Şəki, Azərbaycan
Text size
27 fevral 2024, 12:07
Hörmətli cənab Prezident,
Sizi kənd sakinləri adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu gün Sizin müdrik və uzaqgörən siyasətiniz, düşünülmüş qətiyyətli addımlarınız sayəsində Azərbaycan Respublikası özünün ən qüdrətli çağlarını yaşayır. İnanıram ki, bundan sonra da ölkəmiz daha da güclənəcək və inkişaf edəcəkdir.
Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, dövlətimizin tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Məhəmməd Xəlilov.
Azərbaycan Respublikası, Şəki rayonu, Çayqaraqoyunlu kəndi.