Rafiq Salahov və ailə üzvlərindən, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
27 fevral 2024, 11:16
Hörmətli cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Siz Azərbaycanın 200 illik tarixində xalqımıza elə bir qələbə bəxş etmisiniz ki, bu bizim qəlbimizdə daim yaşayacaqdır. Bizim ailəmiz, nəslimiz Sizə ömrünün sonuna qədər sadiqdir.
Cənab Prezident, Sizin apardığınız müdrik və uzaqgörən siyasət nəticəsində ata-baba torpaqlarımız işğaldan azad olunub. Həmişə Sizinləyik və Sizin siyasətinizi dəstəkləyirik. Allah Sizə cansağlığı versin!
Hörmətlə,
Kəlbəcər rayonunun Alıbəyli kəndi, Əsrik kənd inzibati dairəsindən böyük bir nəslin nümayəndələri olan Salahovlar ailələri adından:
Salahov Rafiq Azad oğlu, texniki elmlər üzrə fəlsəfə doktoru,
Salahov Muğan Ədil oğlu, professor,
Salahov Samir Muğan oğlu, iqtisadçı.
Azərbaycan Respublikası, Bakı şəhəri.