Fuad Rzayevdən, Moskva, Rusiya
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
27 fevral 2024, 10:43
Möhtərəm cənab Prezident,
Böyük fəxarət hissi ilə Sizi fevralın 7-də keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edirəm.
Sizin sayənizdə Azərbaycanda bütün sahələrdə misilsiz uğurlar əldə olunub, ölkəmiz Cənubi Qafqaz regionunun şəksiz liderinə çevrilib.
Dünya azərbaycanlıları Sizinlə fəxr edirlər. Mən Rusiyada Sizin müdrik siyasətinizə əsaslanaraq ölkəmizin nailiyyətlərini təbliğ edirəm. Azərbaycan vətəndaşlarına, bütövlükdə dünya azərbaycanlılarına diqqət və qayğı göstərdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm.
Düşmən üzərində zəfər qazanan sərkərdə, Müzəffər Ali Baş Komandan olaraq Sizin yenidən Vətənimiz Azərbaycanın Prezidenti seçilməyinizdən böyük qürur hissi keçirirəm.
İnanıram ki, Sizin rəhbərliyinizlə qarşıdakı illərdə Azərbaycanın inkişafı daha da sürətlənəcək, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha çox artacaqdır.
Sizə möhkəm cansağlığı, ali dövlət fəaliyyətinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Fuad Firudin oğlu Rzayev
Rusiya Federasiyası, Moskva şəhəri