Əsmər Allahverdiyevadan, Abşeron, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
27 fevral 2024, 10:10
Möhtərəm cənab Prezident,
Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz müddətdə yürütdüyünüz düşünülmüş siyasətiniz, uzaqgörənliyiniz və möhkəm iradəniz nəticəsində ərazi bütövlüyümüz təmin olundu, şanlı Azərbaycan Bayrağı Qarabağda dalğalandı. Fevralın 7-də müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində növbədənkənar prezident seçkiləri keçirildi. Həmin gün hər bir Azərbaycan vətəndaşı böyük ruh yüksəkliyi ilə, başıuca şəkildə səsvermədə iştirak etdi, qalib xalqın nümayəndəsi kimi tək və qalib Liderinə səs verdi.
Hörmətli cənab Prezident, seçkidə qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edir və gələcək fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayıram.
Allah Sizi və Vətənimizi qorusun!
Hörmətlə,
Əsmər Rəsul qızı Allahverdiyeva, Vətən müharibəsi şəhidi Babək Allahverdiyevin anası.
Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.