Vaqif Nağdiyev və başqalarından, Cəlilabad, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
27 fevral 2024, 09:43
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.
Bu baxımdan Azərbaycan xalqının bəxti gətirib. Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyev və onun yolunu davam etdirən qeyri-adi zəka, qətiyyət, əzm, fitri istedad sahibi olan lider – Siz Azərbaycanı inkişaf etmiş, qalib ölkələr sırasında bərqərar etdiniz.
Bu yolda Sizə uğurlar arzulayırıq, cənab Prezident!
Uğurlarınız bol olsun!
Allah Sizi bütün bəlalardan hifz etsin!
Hörmətlə,
Nağdiyev Vaqif,
Mikayılov Zeynal,
Əzimov Nabatəli
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Alar kəndi