Ruhəngiz Fərziyevadan, Şəki, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
24 fevral 2024, 19:00
Hörmətli cənab Prezident,
Siz Azərbaycana rəhbərlik etdiyiniz ötən 20 ildən artıq müddətdə həmişə ölkəmizin mənafeyini, xalqın maraqlarını üstün tutmusunuz. Yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, problemlərinin həlli, təhlükəsizliyi, xoşbəxtliyi dayanıb. Ölkəmizin inkişafı, xalqımızın firavanlığı üçün gecə-gündüz yorulmaq bilmədən, bütün çətinliklərə sinə gərərək çalışmısınız. Azərbaycan xalqı Sizin bu fədakarlığınızı daim yüksək qiymətləndirib. Fevralın 7-də keçirilmiş prezident seçkilərində parlaq qələbəniz bunun əyani təsdiqidir. Xalq Sizə olan inamını seçkilərdə bir daha nümayiş etdirdi.
Cənab Prezident, Sizi yenidən dövlət başçısı seçilməyiniz münasibətilə təbrik edirəm. Bir vətəndaş olaraq qürur hissi keçirirəm ki, Sizin kimi uzaqgörən, qətiyyətli Liderimiz var. Çətin və şərəfli vəzifənizdə Sizə tükənməz enerji, yeni-yeni nailiyyətlər arzulayıram.
Allah Sizə yar olsun! Dualarımız həmişə Sizinlədir.
Hörmətlə,
Ruhəngiz Pirməmməd qızı Fərziyeva
Azərbaycan Respublikası, Şəki rayonu, Böyük Dənhə kəndi