Amid Şabanovdan, Masallı, Azərbaycan
24 fevral 2024, 17:55
Hörmətli cənab Prezident,
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizin zəfəriniz həm daxili, həm də xarici siyasətimizdə bəlli bir istiqamət və irəli baxışın simvoludur.
Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ərazilərimizdə, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda baş tutmuş prezident seçkiləri əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla həyata keçirilməsi, milli iradənin birləşmiş gücünün bir nəticəsidir.
Cənab Prezident, Sizə uzun ömür və uğurlar arzulayıram. Allah Sizi başımızın üstündən əskik etməsin! Ulu Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Amid Şabanov.
Azərbaycan Respublikası, Masallı rayonu.