Əli Hacıyevdən, Bakı, Azərbaycan
24 fevral 2024, 16:21
Hörmətli cənab Prezident,
Yenidən ölkə başçısı seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu gün bütün Azərbaycan xalqı Sizin komandanlığınız altında gerçəkləşən tarixi Zəfərin qürurunu yaşayır.
Siz tariximizdə qızıl hərflərlə yazılan yeni səhifə yaratdınız. Gücümüzü bütün dünyaya nümayiş etdirdiniz.
30 ilə yaxındır azadlıq həsrəti ilə çırpınan Qarabağımızda qaldırdığınız Zəfər Bayrağı bizim hər birimizin qürur mənbəyidir.
Cənab Prezident, hər bir vətəndaşımız bu müqəddəs amal uğrunda apardığınız haqq mübarizəsində Sizin ətrafınızda bir yumruq kimi birləşərək, Sizinlə birgə addımladı və bundan sonra da addımlayacaqdır. Xalqla olan birliyiniz Sizin Zəfər yolunuza işıq saldı. Biz Sizinlə fəxr edirik. Siz Xalqın qəhrəmanısınız. Var olun, cənab Ali Baş Komandan!
Hörmətlə,
Hacıyev Əli Nəriman oğlu, “Şöhrət” ordenli.
Azərbaycan Respublikası, Bakı şəhəri.