Babək Qasımlıdan, Daşkəsən, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
24 fevral 2024, 16:12
Möhtərəm cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin yüksək dövlət idarəçiliyiniz, həyata keçirdiyiniz islahatlar, qəbul etdiyiniz dövlət proqramları sayəsində ölkəmiz gündən-günə inkişaf edir, o cümlədən regionlarımız abadlaşır, şəhərlərimiz, kəndlərimiz gözəlləşir. Sosial, iqtisadi, aqrar və digər sahələrlə bağlı siyasət ölkəmizdə kənd təsərrüfatının inkişaf etməsinə, dövlətimizin iqtisadi gücünün artmasına, bunun nəticəsində isə insanlarımızın rifahının yüksəlməsinə səbəb olub.
Hörmətli Prezident, əminəm ki, Sizin rəhbərliyinizlə Vətənimiz daha da inkişaf edəcək. Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,
Babək Mehman oğlu Qasımlı
Azərbaycan Respublikası, Daşkəsən rayonu, Zağalı kəndi.