logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yeganə Allahverdiyevadan, Abşeron, Azərbaycan

Text size icon-size icon-size

24 fevral 2024, 16:02

Hörmətli cənab Prezident.

Siz daim ərazi bütövlüyümüzün bərpası uğrunda çalışdınız, bu şərəfli, müqəddəs yoldan bir an belə dönmədiniz.

Sizin qətiyyətiniz, şanlı Ordumuzun döyüş əzmi və şəhidlərimizin qəhrəmanlığı sayəsində ərazi bütövlüyümüz tam təmin olundu.

Bu gün tarixi torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın altında azad və təhlükəsiz şəkildə prezident seçkiləri keçiririk. Sizin sayənizdə arzularımız gerçək olub.

Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə təşəkkür edir və gələcəyimizin, sabahımızın Sizinlə daha da parlaq olacağına inanırıq.

Sizi prezident seçkilərində qazandığınız qələbəyə görə təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Allahverdiyeva Yeganə Seyfəddin qızı, şəhid anası

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi