Sevinc İsgəndərovadan, Mingəçevir, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
24 fevral 2024, 15:20
Hörmətli cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində qazandığınız inamlı qələbə münasibətilə şəhid ailələri adından Sizi ürəkdən təbrik edirəm. Vətən müharibəsində Ali Baş Komandanımızın – Sizin “Dəmir yumruğ”unuz ətrafında sıx birləşmiş qətiyyətli Azərbaycan xalqı səsvermə günü də həmin birliyi bir daha nümayiş etdirdi və Sizi yenidən Prezident seçdi. Bizə Zəfər bəxş edən dövlət başçımız, xalqımız hər zaman Sizin yanınızdadır!
Mən şəhid həyat yoldaşı olaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirir, təşəkkür edirəm. Gələcək fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Sevinc Rəsul qızı İsgəndərova
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.