24 fevral 2024, 14:37

Rəvanə Məmmədovadan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə, əldə etdiyiniz uğurlarla xalqımızın qəlbində özünüzə möhkəm yer etmiş, sadəlik, təvazökarlıq, səmimilik kimi keyfiyyətlərinizlə insanların rəğbətini qazanmısınız.

Möhtərəm Prezident, qalib xalqın zəfər seçkisində qalib gəldiyiniz üçün Sizi ürəkdən təbrik edirəm. Bu ölkənin hər bir vətəndaşı kimi Sizinlə qürur duyuram.

Əminəm ki, bir zamanlar Qarabağın azad olunacağı ilə bağlı söylədiyiniz fikirləri həyata keçirdiyiniz kimi, xalqımızın xoş gələcəyi ilə bağlı səsləndirdiyiniz fikirləri də reallaşdıracaqsınız.

Hörmətlə,

Məmmədova Rəvanə

Azərbaycan Respublikası, Şəki şəhəri