24 fevral 2024, 14:25

Salyanın Şorsulu kəndinin sakinlərindən, Azərbaycan

Hörmətli cənab Prezident,

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində qazandığınız inamlı qələbə münasibətilə Sizi kəndimizin sakinləri adından səmimi-qəlbdən təbrik edirik. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa olunmasına, dövlətimiz və xalqımız üçün gördüyünüz saysız-hesabsız uğurlu işlərə görə xalqımız Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçdi.

Güclü Azərbaycan üçün göstərdiyiniz xidmətlərinizə görə kəndimizin sakinləri adından Sizə təşəkkür edir, ali dövləti vəzifənizdə uzun ömür və cansağlığı arzulayırıq.

Hər zaman Sizi dəstəkləyirik!

Hörmətlə,

Fuad Cahangir oğlu Qəhrəmanov

Zabil Müzəffər oğlu Əhmədov

Asəf Zabitağa oğlu Abbasov

Akif Hüseynqulu oğlu İbrahimov

Şakir Balabək oğlu Sadıqov və başqaları (100 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu, Şorsulu kəndi.