logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə

Text size icon-size icon-size

22 oktyabr 2012, 18:40

Hörmətli cənab Prezident,

Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan ilə Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri ikitərəfli və çoxtərəfli qaydada uğurla inkişaf etməkdədir. Biz həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində atdığımız addımların Macarıstan tərəfindən dəstəklənməsindən məmnunluq duyuruq.

Əminəm ki, əlaqələrimizin bütün sahələrdə dərinləşməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 oktyabr 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi