24 fevral 2024, 13:46

Elnur Məmmədovdan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə ölkəmiz son 20 il ərzində böyük inkişaf yolu keçmiş, böyük tarixi nailiyyətlər əldə etmişdir. Ən əsası da doğma Qarabağımız öz azadlığına qovuşmuş, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunmuşdur.

Cənab Prezident, Sizə Uca Allahdan uğurlarınızın davamlı olmasını diləyirəm.

Hörmətlə,

Elnur Məmmədov, Vətən müharibəsi veteranı, Yeni Azərbaycan Partiyasının üzvü, səhiyyə işçisi.

Azərbaycan Respublikası, Şamaxı rayonu.