24 fevral 2024, 13:33

Qalib Rəsulovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbəti dəfə Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Biz, bir daha xalqımızın Sizə nə qədər bağlı olduğunun şahidi olduq.

Xalqımız Sizin kimi etibarlı, qüdrətli Prezidenti olduğu üçün çox xoşbəxt və sevinclidir.

Cənab Prezident, bu gün kəndimizdə əsl bayram sevinci yaşanır, böyükdən kiçiyə hamı sevinir. Əminik ki, bizim gələcək günlərimiz daha xoş, daha parlaq olacaqdır.

Biz Sizinlə fəxr edir və həmişə Sizinləyik! Bütün dünya gördü ki, Azərbaycan xalqı Sizi dəstəkləyir.

Bir daha Sizi ailəm adından və şəxsən öz adımdan təbrik edir, Sizə uğurlar, yeni-yeni zəfərlər, cansağlığı, ailə səadəti arzu edirəm.

Allah Sizi qorusun! Daima var olun!

Hörmətlə,

Qalib Rəsulov, 2-ci qrup əlil.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Parakənd kəndi.