Kamal Mehtiyevdən, Şəki, Azərbaycan
Möhtərəm cənab Prezident,
Fevralın 7-də keçirilən prezident seçkilərində xalqımız yenidən Sizə səs verməklə həyata keçirdiyiniz siyasətə dəstəyini bir daha nümayiş etdirdi. Sizin siyasətiniz sayəsində Azərbaycan həmişə zirvələr fəth edib, böyük nailiyyətlərə imza atıb. Təbii ki, xalqımızın da istəyi bu siyasətin davamlı olmasıdır. Bir vətəndaş kimi Sizin rəhbərliyinizlə Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmdə artan nüfuzu, hərbi qüdrəti ilə fəxr edirəm. Siz Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək adınızı tariximizə qızıl hərflərlə yazmısınız. İnanırıq ki, Sizin yorulmaz səyləriniz bundan sonra da Azərbaycana zəfərlər, xalqımıza xoşbəxtlik bəxş edəcək.
Yaşasın Azərbaycan!
Hörmətlə,
Kamal Mikayıl oğlu Mehtiyev
Azərbaycan Respublikası, Şəki rayonu, Şəki kəndi.