logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Cahangir Qaraşovdan, Salyan, Azərbaycan

Text size icon-size icon-size

24 fevral 2024, 13:03

Hörmətli cənab Prezident,

Sizi fevralın 7-də keçirilmiş prezident seçkilərində qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Əzmkar liderliyiniz və iradəniz ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, bölgədə geosiyasi mənzərəni kökündən dəyişdirib. Regional güc mərkəzinə çevrilmiş Azərbaycan dövləti özünün ən qüdrətli dövrünü yaşayır.

Doğma Qarabağımıza sakinlərin qayıdışını böyük qürur və fəxarət hissi ilə izləyirik. İşğaldan azad olunmuş ərazilərimizdə sürətlə aparılan bərpa-quruculuq və yenidənqurma işləri bir daha ölkəmizin iqtisadi gücünü göstərir.

Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən vətəndaşlara, xüsusilə şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğı ilə yanaşılır. Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Cənab Prezident, dövlətimizin daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Yaxşı ki, varsınız!

Hörmətlə,

Cahangir Qaraşov, şəhid atası, əməkdar mədəniyyət işçisi.

Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi