24 fevral 2024, 12:55
Oqtay Əkbərovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Qarabağ müharibəsi əlillərinin adından müraciət edərək Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasibətilə təbrik edirəm!
Siz suverenliyimizin tam təmin edilməsi ilə bağlı 20 il öncə verdiyiniz vədi artıqlaması ilə, həm də heç kəsin proqnozlaşdırmadığı bir şəkildə yerinə yetirdiniz. Qazandığınız uğurlar təkcə həyat səhifələrinizə deyil, bütövlükdə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Cənab Prezident, Sizi bir daha təbrik edir, daha böyük uğurlar arzulayıram. Qarabağ qaziləri hər zaman Sizinlədir.
Hörmətlə,
Əkbərov Oqtay
Azərbaycan Respublikası, Bakı şəhəri