logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Afiq Abidovdan, Lerik, Azərbaycan

Text size icon-size icon-size

24 fevral 2024, 11:40

Hörmətli cənab Prezident,

Qalib Xalqın Qalib Lideri – Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə 20 il əvvəl həyata keçirilməyə başlanılan uzaqgörən daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasındadır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün regionun lider dövlətidir və qlobal miqyaslı nüfuz sahibidir.

Əminik ki, Sizin növbəti prezidentliyiniz dövründə də dövlətimiz daha da güclənəcəkdir.

Allah Sizi və ölkəmizi qorusun!

Hörmətlə,

Afiq Abidov.

Azərbaycan Respublikası, Lerik rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi