Xəzər Rzayevdən, Siyəzən, Azərbaycan
Text size
24 fevral 2024, 10:28
Hörmətli cənab Prezident,
Zəfər seçkisi kimi tarixə düşən fevralın 7-si Azərbaycan tarixinin şərəfli səhifələrindəndir. Sizi inamlı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqı ölkə üçün gördüyünüz işlərə qiyməti seçkilər günü verdi. Mütləq səs çoxluğu ilə qələbə qazanmağınız Sizə olan inamı təcəssüm etdirir.
Cənab Prezident, Sizə cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram. Yaxşı ki, varsınız və bizim Prezidentimizsiniz!
Hörmətlə,
Xəzər Rzayev, qazi.
Azərbaycan Respublikası, Siyəzən rayonu, Balaca Həmyə kəndi.