logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fidan Yusifovadan, Şəki, Azərbaycan

Text size icon-size icon-size

23 fevral 2024, 17:34

Hörmətli Prezident, qalib xalqın qalib Lideri!

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib olmağınız münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Tələbə Gənclər Təşkilatı adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti həm gənclərin yaxşı təhsilə yiyələnməsində, həm də onların işlə təmin olunmasında mühüm rol oynayır. Biz gənclər indi daha yaxşı və hər bir avadanlıqla təchiz olunmuş təhsil müəssisələrində təhsil alırıq.

Əziz Prezidentimiz, gənclər üçün yaratdığınız imkanlara görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Fidan Yusifova,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının I kurs tələbəsi

Azərbaycan Respublikası, Şəki şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi