Məhərrəm İbadovdan, Abşeron, Azərbaycan
23 fevral 2024, 17:25
Hörmətli cənab Prezident.
Əbədi yaşar ulu öndərimiz Heydər Əliyev dəfələrlə mühüm əhəmiyyət kəsb edən coğrafi mövqedə yerləşən, Zəngəzur dəhlizinin giriş qapısı olan doğma kəndimiz Nüvədi haqqında dəyərli ifadələr işlətmiş, kəndimizi mübariz kənd, Nüvədi camaatını isə mərd, dəyanətli, dözümlü camaat adlandırmışdır.
Əlbəttə bir nüvədili kimi, bir insan kimi biz bu diqqət və qayğını unuda bilmərik.
Heydər Əliyev siyasətinin davamçısı, Qalıb Prezidentimiz, Qəhrəman Ali Baş Komandanımız, Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. İgid oğullarımızı “Dəmir Yumruq” ətrafında birləşdirməklə xalqımıza Zəfər sevinci yaşatdınız, Xankəndidə bayrağımızı yüksəltdiniz.
7 fevral növbədənkənar prezident seçkilərində Xankəndi şəhərində səs verməklə Qələbəmizin böyüklüyünü bir daha dünyaya sübut etdiniz. Siz hər uğura, hər qələbəyə layiqsiniz.
Biz nüvədililər yenidən prezident seçilməniz münasibəti ilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və yeni qələbələr arzulayırıq.
Biz hər zaman Sizinləyik!
Allah Sizi Türk dünyasına çox görməsin, Allah Sizi qorusun.
Hörmətlə,
İbadov Məhərrəm, şəhid atası
Azərbaycan Respublikası, Abşeron rayonu.