logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Toğrul Umudovdan, Laçın, Azərbaycan

Text size icon-size icon-size

23 fevral 2024, 15:57

Hörmətli cənab Prezident,

Bir qazi, döyüşçü, əsgəriniz kimi seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edirəm.

Cənab Prezident, Siz hər zaman şəhid ailələrinin, qazilərin və bütün vətəndaşların problemlərini diqqətinizdə saxlayırsınız. Dövlətimiz tərəfindən onlara hər cür qayğı göstərilir. Əminəm ki, Sizin rəhbərliyinizlə bundan sonra da vətəndaşların məsələlərinə həssaslıqla yanaşılacaq, xalqımızın rifah halının yaxşılaşması və firavan həyatı üçün qətiyyətli addımlarınız davam edəcəkdir.

Sizə ailəm adından uzun ömür, cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Toğrul Umudov, ehtiyatda olan hərbçi.

Azərbaycan Respublikası, Laçın rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi