logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mətləb İmanovdan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

23 fevral 2024, 15:20

Hörmətli cənab Prezident.

Sizi yenidən Prezident seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edirəm.

Mən Ulu Öndərimizin yadigarı kimi Sizinlə fəxr edirəm. Ölkəmiz Sizin kimi Liderlə daim irəliyə doğru addımlayacaq. Qürurluyam ki, bu seçkilərdə müşahidəçi kimi iştirak etdim və xalqın coşğusunu, Sizə olan etimadı gördüm. Bütün dünya bu coşğunu, şəffaf və demokratik seçkiləri gördü.

Cənab Prezident, Sizə xalqımıza, dövlətimizə göstərdiyiniz xidmətə görə təşəkkür edir, daim Sizə sadiq olacağımızı bildirir, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Hörmətlə,

İmanov Mətləb

Azərbaycan Respublikası, Gəncə şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi