Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancıdan
22 fevral 2024, 17:36
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və fəaliyyətə başlamağınız münasibətilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi adından ən səmimi təbriklərimi qəbul edin.
Fürsətdən istifadə edərək Ümumdünya Səhiyyə Təşkilatının 2021-2025-ci illər üçün BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinə uyğun olaraq Azərbaycanın davamlı inkişafına istiqamətlənmiş milli prioritetlərin dəstəklənməsinə sadiqliyini bir daha nəzərinizə çatdırıram.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasındakı tərəfdaşlıq və əməkdaşlığın davamlı olacağına inanıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Hande Harmancı
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı
nümayəndəsi və ölkə ofisinin rəhbəri