23 fevral 2024, 14:44

Mustafa Əhmədovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz 2024-cü il fevralın 7-də seçkilərdə səs verməyə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi getdik. Biz səs verərkən müasir tariximizin yeni qızıl səhifələrinə görə Sizə çox sağ ol deyir, 20 illik fəaliyyətinizə görə təşəkkür edir, xoşbəxt gələcəyimizə təminat alırdıq. Seçkilərdə qazandığınız qələbə bu misilsiz dövrün yekunu oldu və xalqın yüksək qiymətini aldı.

Cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Şəki rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları adından səmimi qəlbdən təbrik edirəm.

Müharibə və əmək veteranları həmişə Sizin yanınızdadır.

Hörmətlə,

Əhmədov Mustafa, Şəki rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Azərbaycan Respublikası, Şəki şəhəri