23 fevral 2024, 11:05

Səbuhi Məmmədovdan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident,

Xalqımızın Sizə yüksək etimadının daha bir göstəricisi olan 7 fevral prezident seçkilərinin Qarabağ da daxil olmaqla Azərbaycanın bütün ərazilərində keçirilməsi bizi çox qürurlandırdı. Azərbaycan xalqının dünyada qalib xalq kimi tanınması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması məhz Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Qalib xalqın qalib Lideri, böyük nailiyyətlərin müəllifi kimi Sizə nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük hörmət və rəğbət bəslənilir. Sizin kimi müdrik Liderimizin olması ilə fəxr edirik.

Cənab Prezident, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm, Sizə möhkəm cansağlığı, çoxşaxəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm. Gözəl günləri bizə Siz yaşadırsınız. Allah Sizi xalqımızın başı üzərindən əskik etməsin!

Hörmətlə,

Səbuhi Tahir oğlu Məmmədov

Azərbaycan Respublikası, Göygöl rayonu, Hacıməlik qəsəbəsi