İbrahim Nağıyev və başqalarından, Salyan, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
23 fevral 2024, 10:53
Hörmətli cənab Prezident, Müzəffər Aii Baş Komandan,
Sizi fevralın 7-də keçirilən prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Qızılağac kəndində yaşayan şəhid ailələri adından ürəkdən təbrik edir və Sizinlə fəxr etdiyimizi bildiririk.
İlk dəfə olaraq bütün ölkə ərazisində keçirilməklə tarixə düşmüş prezident seçkilərində Azərbaycan xalqı Sizə güvəndiyini, gələcəyimizi Müzəffər Liderə etibar etdiyini, dövlətimizin etibarlı əllərdə olduğunu bir daha nümayiş etdirdi.
Fəaliyyətiniz müddətində Azərbaycanda şəhid ailələrinə göstərdiyiniz diqqət, qayğı əvəz olunmazdır. Əminik ki, dövlətimizin həm daxili, həm də xarici siyasətində əldə etdiyiniz zəfərlər daimi və davamlı olacaq!
Hörmətlə,
Nağıyev İbrahim,
Fərəcova Qunça,
Şıxəliyev Əfrəddin,
Səmədova Şölə
Azərbaycan Respublikası, Salyan rayonu, Qızılağac kəndi