Pərviz Xasaybəylidən, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
23 fevral 2024, 10:27
Hörmətli cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Sizi, ailənizi və bütün xalqımızı növbədənkənar prezident seçkilərində uğur qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm. Xalqımız Sizin xidmətlərinizi yüksək dəyərləndirir. Rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticələri göz önündədir. Qürur mənbəyimizə çevrilmiş ən böyük xidmətiniz Vətən müharibəsi nəticəsində əzəli torpaqlarımızın işğaldan azad edilməsidir. Xalqımız Sizin ətrafınızda sıx birləşərək bütün dünyaya öz gücünü sübut etdi. Mən də Birinci Qarabağ müharibəsinin iştirakçısı olaraq, Ali Baş Komandanımızla və güclü Ordumuzla fəxr edirəm.
Qazandığımız Zəfərin müəllifi olan Prezidentimizə – Sizə gələcək fəaliyyətinizdə cansağlığı, uzun ömür, yeni-yeni uğurlar arzulayıram!
Hörmətlə,
Pərviz Bağır oğlu Xasaybəyli, Birinci Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil.
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.