Orxan Məmmədovdan, Adana, Türkiyə
Text size
22 fevral 2024, 19:05
Hörmətli cənab Prezident.
2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində növbəti dəfə inamlı qələbə qazanmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Hər bir azərbaycanlı kimi mən də Sizin qətiyyətli qələbənizlə qürur duydum.
Qardaş Türkiyədə aqrar sahədə təhsil alan gənc kimi Sizin ölkəmizin bütün sahələrinə, o cümlədən aqrar sahəyə göstərdiyiniz diqqət və dəstək məni çox sevindirir.
Gənclər adından Sizi təbrik edir, hər zaman, hər yanda Vətənimə layiq övlad olacağıma söz verirəm.
Hörmətlə,
Məmmədov Orxan Müslüm oğlu
Türkiyə Respublikası, Adana şəhəri