logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının üzvlərindən, Zaqatala, Azərbaycan

Text size icon-size icon-size

22 fevral 2024, 18:57

Möhtərəm cənab Prezident.

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının üzvləri Sizin partiyamızın namizədi kimi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, Azərbaycanı davamlı və dayanaqlı inkişaf edən ölkəyə çevirmək sahəsində görəcəyiniz işlərdə uğurlar arzulayırıq.

Hazırda həm ölkəmizdə, həm də regionumuzda yaranmış yeni reallıqlar aydın göstərir ki, cəmiyyətin Sizin sayənizdə vahid məqsəd və milli ideya ətrafında sıx birliyi və həmrəyliyi səhəsində ən mürəkkəb məsələlərin həllinə nail olmaq mümkün olmuşdur.

Möhtərəm cənab prezident!

Biz, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının üzvləri Sizə Vətənimizin daha da tərəqqisi, xalqımızın sülh və rifah içində yaşaması naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının üzvləri

Azərbaycan Respublikası, Zaqatala rayonu

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi