Balimir Adiyevdən, Yardımlı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
22 fevral 2024, 17:10
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Siz xalqımız, dövlətimiz üçün çox işlər görmüsünüz. Buna görə Sizə minnətdarlığımı bildirirəm.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizin ölkəmizin nailiyyətlər qazanmasında misilsiz xidmətləriniz danılmazdır. Seçkilərin nəticəsi bir daha göstərdi ki, xalqımız Sizə inanır və güvənir.
Cənab Prezident, ölkəmizin tərəqqisi, xalqımızın rifahı və firavanlığı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayır, möhkəm cansağlığı, uzun ömür diləyirəm.
Allah Sizə kömək olsun!
Hörmətlə,
Balimir Adiyev,
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının Bərcan ərazi partiya təşkilatının sədri, Yardımlı Rayon Ağsaqqalar Şurasının və partiyanın veteran üzvü.
Azərbaycan Respublikası, Yardımlı rayonu. Bərcan kəndi.