logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əvəz İsmayılovdan, Salyan, Azərbaycan

Text size icon-size icon-size

22 fevral 2024, 16:23

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Ötən ilin sentyabrında suverenliyimiz tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Bununla da Azərbaycan tarixində yeni bir dövr başladı. Sizin qüdrətli sərkərdəliyiniz, müdrik siyasətiniz xəyal kimi görünən arzularımızı həqiqətə çevirdi.

2024-cü il fevralın 7-dən sonra isə Azərbaycanda daha yeni bir dövr başlayır. Bu azad olunmuş ərazilərimizin bərpası, məcburi köçkünlərin doğma yuvalarına qayıdışı, ölkəmizin nüfuzunun daha da möhkəmlənməsi, bütün sahələrin inkişafı dövrüdür.

Sizi prezident seçkilərində qələbə qazanmağınız münasibəti ilə təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İsmayılov Əvəz Aslan oğlu, şəhid atası

Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi