Əmiraslan Cəfərovdan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
22 fevral 2024, 16:10
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının xilaskarı, qurucusu, banisi, Dünya Azərbaycanlılarının Lideri, dövrümüzün görkəmli şəxsiyyətlərindən biri, tanınmış siyasi və dövlət xadimi kimi bütün dünya miqyasında adını tarixə yazmış Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan, çiçəklənən, doğma, müstəqil Azərbaycan Respublikası gündən-günə inkişaf edir və abadlaşır.
Cənab Prezident, 2003-cü ildə qızım Saniyə və qardaşım qızı Bağdagül tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunan şeiri təqdim edirəm:
"Heydər baba " şeiri (tənifi):
Səndən uca, Rəhbərimiz, Dünyagörən,
Səndən böyük, Öndərimiz, Ərtək duran,
Səndən xoca, Ürəyi saf, Ümidimiz,
Yox dünyada, Qəlbi təmiz Sənsən hər an,
Heydər baba. Heydər baba. Heydər baba.
Ulu Öndərimizin layiqli davamçısı kimi Sizin gördüyünüz işlər göz qarşısındadır.
Ümummilli Lider Sizin barənizdə demişdir: "Mən ona özüm kimi inanıram". Siz Ulu Öndərimizin arzularını həyata keçirdiniz. Özünüz demişkən: “xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Yüz ildə görülə bilinməyən işi Siz gördünüz. 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan ordusunun erməni vandallarına qarşı vurduğu zərbə ordumuzun tarixi qələbəsi ilə nəticələndi. Möhtəşəm Zəfər bizə Vətənə məhəbbət və ruh yüksəkliyi verir.
Ordumuzun ardıcıl qələbəsi, üçrəngli Şanlı bayrağımızın qürur yerimiz olan Şuşa şəhərində dalğalanması bizə tarixi hisslər bəxş etdi. Şuşanın azad olunmasını Sizdən eşidəndə sevincimizdən gözlərimiz yaşardı.
Sizin və yenilməz ordumuzun şücaəti nəticəsində torpaqlarımız erməni faşitlərindən azad olundu. Sizə və ordumuza minnətdarlığımızı bildiririk. Qazilərimizə cansağlığı, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Sizinlə fəxr edirik.
Bu gün üçrəngli bayrağımız artıq bütöv Qarabağda, o cümlədən Xankəndidə də dalğalanır.
Cənab Prezident, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, cansağlığı və uğurlar arzulayırıq.
Hörmətlə,
Qərbi Azərbaycanın Göyçə mahalı, Basarkeçər rayonunun Kərkibaş kəndindən
didərgin düşmüş qaçqınlar adından:
Cəfərov Əmiraslan (Göyçəli) Zeynalabdin oğlu, Yeni Azərbaycan Partiyasının
üzvü.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.