Xatirə Hüseynovadan, Cəlilabad, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
22 fevral 2024, 15:30
Hörmətli cənab Prezident
Sizi yenidən Prezident seçilməniz münasibətilə bütün şəhid anaları adından təbrik edirəm.
Siz bizim qürur, güvən yerimizsiniz. Xalqımız hər zaman Sizə inanır. Biz bilirdik ki, Sizdən başqa heç bir siyasətçi işğal altında olan torpağlarımızı azad edə bilməzdi. Xalqımız həm də bilir ki, ölkəmizin bundan sonrakı inkişafı ancaq Sizinlə olacaq. Bu günlər Ulu Öndərimizin, şəhidlərin, o cümlədən oğlum Cavid Hüseynovun da ruhu şaddır. Var olun, cənab Prezident!
Bir daha Sizi təbrik edir, uzun ömür, cansağlığı arzu edirəm.
Allah Sizi qorusun! Sizi bizim başımızın üstündən əskik etməsin.
Hörmətlə,
Hüseynova Xatirə Nəsir qızı, şəhid anası.
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Hamarqışlaq kəndi