Sahil Əliyevdən, Xaçmaz, Azərbaycan
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
22 fevral 2024, 15:16
Salam, cənab Ali Baş Komandan!
Siz yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizlə bizi sevindirdiniz. Bu ölkənin xilaskarı Ulu Öndərimiz Heydər Əliyev oldu və Siz onun yolunu, başladığı taleyüklü işləri uğurla davam etdirdiniz, sonda xalqımıza Zəfər bəxş etdiniz.
Xalqın Sizə güvəni sonsuzdur. Bizim ailə də Sizə hədsiz inanır və güvənir. Sizinlə qürur duyuruq, cənab Prezident.
Allah Sizə və ailənizə uzun ömür, cansağlığı versin. Dualarımız həmişə Sizinlədir.
Hörmətlə,
Sahil Əliyev,
hərbçi
Azərbaycan Respublikası, Xaçmaz rayonu, İdrisoba kəndi.