logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Taleh Qasımovdan, Füzuli, Azərbaycan

Text size icon-size icon-size

22 fevral 2024, 14:37

Hörmətli cənab Prezident,

Fevralın 7-də keçirilmiş seçkilərin nəticələri xalqımızın Sizə yüksək etimadının, son 20 ildən artıq müddətdə həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətə dəstəyinin və gördüyünüz nəhəng işlərə görə sonsuz minnətdarlığının ifadəsidir. Azərbaycan xalqı haqlı olaraq inanır ki, onu daha xoşbəxt gələcəyə məhz Siz apara bilərsiniz. Çünki Siz indiyədək dövlət və xalq qarşısındakı xidmətlərinizlə bunu sübut etmisiniz. Sizin siyasətinizi həmişə dəstəkləmişik və dəstəkləyəcəyik.

Cənab Prezident, Sizi seçkilərdəki qələbəniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə qarşıdakı illərdə Azərbaycanımızın yeni zirvələr fəth etməsi üçün əzmkar fəaliyyətinizdə bol-bol uğurlar arzu edirəm.

Ulu Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Taleh Möhsüm oğlu Qasımov

Azərbaycan Respublikası, Füzuli rayonu, Əhmədbəyli kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi