logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mirzalı Həsənovdan, Şəki, Azərbaycan

Text size icon-size icon-size

22 fevral 2024, 14:00

Hörmətli cənab Prezident!

Dünyanın nə qədər çətin günləri olsa da Azərbaycan xalqı Sizin rəhbərliyinizlə rahat yaşayır, ölkəmiz isə inkişaf edir. Vətən müharibəsindən sonra heç kimdən kömək gözləmədən, öz gücümüzə görülən işlər ölkəmizin qüdrətini bütün dünyaya göstərdi.

Cənab Prezident, Sizin siyasətinizin üstünlüyü ondadır ki, Siz həmişə xalqa arxalanırsınız. Xalq isə Sizə arxalanır. Bu gün Azərbaycan xalqı dünyadakı təlatümlərə rəğmən sabitlik adasını xatırladır.

Buna görə də xalqımız öz seçimində qərarlıdır. Prezident seçkilərində qazandığınız qələbə münasibətilə kənd ağsaqqalları adından Sizi təbrik edirəm.

Hörmətlə,

Həsənov Mirzalı

Azərbaycan Respublikası, Şəki rayonu, Şin kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi