logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mehman Məmmədov və başqalarından, Ağstafa, Azərbaycan

Text size icon-size icon-size

22 fevral 2024, 13:48

Möhtərəm cənab Prezident!

2024-cü ilin fevral ayının 7-də Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibəti ilə bütün ailəmiz adından Sizi ürəkdən rəbrik edir və yenidən Azərbaycan Respublikasının Prezidenti kimi ölkəmizin gələcəyi və çiçəklənməsi naminə fəaliyyətinizdə Sizə uğurlar diləyirik.

Torpaqlarımızın azadlığı ilə xalqımızın qəlbində neçə illlərdir qaysaqlayan yara silinib atıldı. Doğma yurd-yuvalarına qayıdan insanların sevincini hər dəfə izləyərkən qəlbimiz dağa dönür.

Allahdan Sizə və bütün ailə üzvlərinizə uzun ömür və möhkəm can sağlığı arzulayırıq.

Hörmətlə,

Mehman Məmmədov,

Ceyran Qurbanova,

Ələsgər Məmmədov

Azərbaycan Respublikası, Ağstafa rayonu, Köçəsgər kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi