Pərvanə Haqverdiyevadan, Goranboy, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
22 fevral 2024, 12:57
Hörmətli cənab Prezident.
2003-cü ildə - müstəqillik tariximizin ən həlledici məqamında Azərbaycan xalqı düzgün seçim edərək Sizi - Ulu Öndərimizin layiqli varisini prezident seçdi, bununla da Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs vermiş oldu.
Sizin hakimiyyətə gəlişinizdən sonra Azərbaycan tarixinin şərəfli səhifələri bir-birini əvəz etdi. Siz güclü liderlik qabiliyyətiniz və düşünülmüş siyasətinizlə xalqımızı təhlükələrdən qorudunuz, ölkəmizi qalib ölkə etdiniz.
Bu ilki seçkilərdə də xalqımız ən düzgün seçimini etdi. Əminik ki, Sizinlə Azərbaycan daha güclü olacaq, daha uca zirvələr fəth edəcəkdir.
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Hörmətlə,
Haqverdiyeva Pərvanə Rəsul qızı, şəhid anası
Azərbaycan Respublikası, Goranboy rayonu, Qızılhacılı kəndi