Nənəqız Abasovadan, Cəlilabad, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
22 fevral 2024, 12:45
Hörmətli cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Siz dövlətimiz və xalqımız üçün yorulmaq bilmədən çox böyük işlər görmüsünüz, fədakarlıqlar göstərmisiniz. Siz Qarabağı işğaldan azad etməklə 30 illik həsrətimizə son qoymusunuz. Bir sözlə, Siz xalqımıza böyük xoşbəxtlik bəxş etmişiniz. Bütün bunları nəzərə alan qədirbilən xalqımız təbii olaraq Sizi yenidən Prezident seçdi. Siz bizim fəxrimizsiniz.
Cənab Prezident, Sizə bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayırıq. İnanırıq ki, Sizin rəhbərliyinizlə nailiyyətlərimiz davamlı olacaqdır.
Allah Sizi var eləsin, qalib Liderimiz!
Hörmətlə,
Nənəqız Məşi qızı Abasova
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Xəlilli kəndi.