logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xəzinə Kərimovadan, Salyan, Azərbaycan

Text size icon-size icon-size

22 fevral 2024, 12:08

Müzəffər Ali Baş Komandan,

2024-cü il fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm. Yenidən dövlət başçısı seçilməyiniz xalqın etimadının və Sizin beynəlxalq aləmdə nüfuzunuzun növbəti təsdiqidir.

Prezident seçkiləri bir dövrün yekunu, yeni bir dövrün başlanğıcı sayılır. Mən şəhid anası olaraq deyə bilərəm ki, bu seçkilərin nəticəsi Azərbaycanda yeni firavan dövrün başlanğıcıdır.

Bu yol Heydər Əliyev yoludur!

Müstəqilliyimiz dönməzdir və əbədidir!

Uca Allah bu yolda Sizə və xalqımıza yardımçı olsun!

Bir daha qələbəniz münasibətilə Sizi təbrik edirəm!

Hörmətlə,

Xəzinə Qismət qızı Kərimova, şəhid anası

Azərbaycan Respublikası, Salyan rayonu, Xocalı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi