Natiq Zabitoğludan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
22 fevral 2024, 11:30
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi Prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizin uzaqgörən siyasətiniz sayəsində sürətlə inkişaf edən Azərbaycan yüksək nüfuz və hörmət qazanaraq beynəlxalq aləmdə layiqli yer tutub.
Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə şanlı Ordumuz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və ətraf rayonları işğaldan azad etməklə möhtəşəm Zəfər əldə edib. İşğal olunan torpaqlarımız geri qaytaran Sərkərdə kimi adınız tariximizə qızıl hərflərlə yazılıb. Dünya azərbaycanlıları Sizin dəmir yumruğunuz ətrafında birləşib. Azərbaycan vətəndaşı olaraq hər zaman Sizi və yürütdüyünüz siyasəti dəstəkləyirik.
Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın böyük inkişaf yolu, qüdrətlənməsi, eyni zamanda dünyada etibarlı tərəfdaş kimi qəbul olunması Sizin adınızla bağlıdır.
Hörmətli cənab Prezident, Sizə, ailənizə və bütün Azərbaycan xalqına xoşbəxt və firavan həyat arzu edir, Qarabağımızda görülən bərpa-qurucııluq işlərində uğurlar diləyirəm.
Sizə gözəl Azərbaycanımızın Prezidenti kimi uğurlar arzulayırıq.
Biz birlikdə güclüyük!
Hörmətlə,
Natiq Zabitoğlu, “Xalqhakimiyyətitv.az” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru
Azərbaycan Respublikası, Bakı şəhəri